Makron: İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır

1 Min Read

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyətlə bağlı xalqa müraciətində ABŞ və İsrailin İranı hədəf alan hərbi əməliyyatlarını beynəlxalq hüquq çərçivəsindən kənar adlandıraraq tənqid edib.

İzmedia.az xəbər verir ki, o, bildirib:

“ABŞ və İsrail hərbi əməliyyatlara başlamaq qərarına gəliblər. Bu əməliyyatlar beynəlxalq hüquq çərçivəsindən kənarda həyata keçirilib və biz bunu qəbul edə bilmərik”

Eyni zamanda, Makron böhranın gərginləşməsində əsas məsuliyyətin İranın üzərinə düşdüyünü vurğulayıb. O, Tehran rejimini nüvə proqramına və bölgədəki proksi qüvvələrə dəstək verməkdə ittiham edib.

Makron İsrailə xəbərdarlıq edərək bildirib ki, Livanda mümkün quru əməliyyatı strateji baxımdan səhv olardı və çox təhlükəli bir eskalasiyaya səbəb ola bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş