İspaniyanın Sionist-Amerika koalisiyasının İran kimi ölkələrə qarşı hərbi təcavüz və insan haqları pozuntularına qarşı məsuliyyətli reaksiyası Qərbdə hələ də etik prinsiplərin və oyanmış vicdanın mövcud olduğunu göstərir.
İzmedia.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkə hesabında yazıb.
O əlavə edib ki, İspaniya rəsmilərinin bu mövqeyi yüksək qiymətləndirilir.
Xatırladaq ki, İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara qatılmayacağını və orada iştirak etməkdən imtina etdiyini açıqlamışdı.
İzmedia.az
![]()

