Fars körfəzini Hind okeanı ilə birləşdirən və dünya neft ixracının əksəriyyətinin keçdiyi Hörmüz boğazında təxminən 1000 kommersiya gəmisi ilişib qalıb.
İzmedia.az xəbər verir ki, bunu Londondakı Lloyd’s Market Association (LMA) sığorta assosiyasiyasının nümayəndəsi BBC-yə bildirib.
LMA-nın gəmiçilik və aviasiya rəhbəri Neil Robertsın sözlərinə görə, bu gəmilərin yarısı neft və mayeləşdirilmiş qaz daşıyan tankerlərdir. Roberts izah edib ki, “Gəmilərin əksəriyyəti limanlarda qalıb və bu, əsasən gəmi sahibləri və operatorlarının gəmilərinin və heyətlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları üzündən baş verir”.
Onun sözlərinə görə, bazar günündən bəri Hörmüz boğazından cəmi təxminən 40 gəmi keçə bilib. Kpler analitik şirkətinin məlumatına görə, müharibə səbəbindən boğazda nəqliyyatın hərəkəti təxminən 90 faiz azalıb.
İzmedia.az
![]()

