İranın paytaxtı Tehranda yaşayış məntəqələri ABŞ və İsrailin hücumlarına məruz qalıb.
İzmedia.az bildirir ki bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Hücumlardan biri Press TV-nin müxbiri tərəfindən canlı yayım zamanı lentə alınıb. Hadisə nəticəsində tələfat barədə məlumat verilməyib.
Məlumata görə, Tehran Universitetinin ərazisi də cümə günü səhər saatlarında hücuma məruz qalıb.
Daha əvvəl İsrail ordusu Tehrana qarşı “genişmiqyaslı zərbələr dalğası” başladığını elan etmişdi. Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalı İsrail Hərbi Hava Qüvvələrinin infrastruktur obyektlərinə hücum etdiyini bildirib.
İranın “Tasnim” xəbər agentliyi isə paytaxtda bir neçə partlayışın baş verdiyini xəbər verib.
İzmedia.az
![]()

