Çin hökumətinin Yaxın Şərq məsələsi üzrə xüsusi elçisi Çjay Cun İran ətrafında gərginliyi azaltmaq üçün çalışacaq.
İzmedia.az xəbər verir ki, bu barədə Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Çin münaqişə tərəfləri də daxil olmaqla, bütün tərəflərlə ünsiyyəti davam etdirəcək, digər tərəflərlə daha da qarşılıqlı əlaqədə olacaq və konsensus yaradacaq.
Çin hökuməti Çjay Cunu tezliklə Yaxın Şərqə göndərəcək.
Diplomat əlavə edib ki, son günlər Çin müxtəlif tərəflərlə intensiv əlaqə saxlayıb. Xarici işlər naziri Vanq Yi regional vəziyyətlə bağlı dərin fikir mübadiləsi aparmaq üçün Rusiya, İran, Oman, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefon danışıqları aparıb, sülhün təşviqi və münaqişənin dayandırılması üçün fəal çalışıb.
Liu Penqyu qeyd edib ki, BMT Təhlükəsizlik Şurası İsrail və ABŞ-ın İrana hücumlarına cavab olaraq “Çin və Rusiyanın dəstəyi ilə” təcili iclas çağırmışdı. Daha əvvəl Çin xarici işlər naziri BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyanla telefon danışığında bildirib ki, Çin regionda sülhün bərpası üçün vasitəçilik məqsədilə Yaxın Şərq üzrə xüsusi nümayəndə göndərmək niyyətindədir.
İzmedia.az
![]()

