Cəlilabad rayonunda yeniyetmə meyiti aşkarlanıb

0 Min Read

İzmedia.az  xəbər verir ki, 14 yaşlı Abdulhüseynli Mirkamal MirQafur oğlu yaşadıqları ərazidə yerləşən mal tövləsində huşsuz vəziyyətdə aşkar edilib. Hadisəni görən yaxınları dərhal təcili tibbi yardım çağırıblar.

Uşaq təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş