Ukraynanın Bryansk şəhərinə hücumu nəticəsində yeddi mülki şəxsin öldüyü hadisədən sonra Rusiya BMT Təhlükəsizlik Şurası-nın təcili iclasını tələb etməyəcək.
İzmedia.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Məlumata görə, martın 10-da Ukrayna Bryansk şəhərinə Storm Shadow raketləri ilə hücum edib. Nəticədə yeddi nəfər həlak olub, 42 nəfər yaralanıb.
İzmedia.az
![]()

