Naxçıvanda “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” ləğv edilib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib.
İZMEDIA.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğvi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək
![]()

