Böyük Britaniya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib

1 Min Read

Keir Starmer ABŞ prezidenti Donald Trampın əlavə qüvvələr tələb etməsinə baxmayaraq, Hörmüz boğazının açılmasına kömək üçün hərbi gəmilər göndərməkdən imtina edib.

İzmedia.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Londonun bu addımı Starmer və Tramp arasında gərginliyi daha da artıra bilər.

Daha əvvəl Tramp Böyük Britaniyanın ABŞ-ın İrana ilk zərbəni endirmək üçün Britaniya bazalarından istifadə etməsinə icazə verməməsindən məyus olduğunu bildirmişdi.

Tramp həmçinin Hörmüz boğazından neft alan ölkələrin bölgədə naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduğunu qeyd edib. Bu kontekstdə o, Böyük Britaniya, Çin, Cənubi Koreya, Fransa və Yaponiyanı qeyd etmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş