Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avstraliyanın Baş naziri Entoni Albanese ilə Kanberrada danışıqlardan sonra təsdiqləyib ki, avropalılar yalnız ABŞ-İsrail arasında İrana qarşı müharibə başa çatdıqdan sonra Hörmüz boğazına missiya göndərə bilərlər.
İzmedia.az xəbər verir ki, o bildirib:
“Avropa İttifaqındakı liderlər çox aydın şəkildə bildiriblər ki, yalnız hərbi əməliyyatlar bitdikdən sonra əməliyyat və ya missiya təsəvvür edə bilərlər” .
O, dünya miqyasında enerji təchizatı üzrə müttəfiqlərin kritik vəziyyətlə üzləşdiyini etiraf edib.
“Hamımız bunun qaz və neft qiymətlərinə, biznesimizə və cəmiyyətlərimizə mənfi təsirini hiss edirik. Lakin danışıqlar yolu ilə həll yoluna gəlməyimiz son dərəcə vacibdir”, – deyə Aİ prezidenti əlavə edib.
İzmedia.az
![]()

