İsraildə yanacaq qiymətləri kəskin artıb

1 Min Read

Aprelin 1-də İsrail-də benzinin qiyməti təxminən 14,67% artaraq 1,03 şekel yüksəlib və litr üçün 7,02 şekeldən 8,05 şekelə (təxminən 2,55 dollar) çatıb.

“Calcalist” nəşrinin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda yanacaq qiymətlərində artım müşahidə olunub və 95 oktanlı benzinin qiyməti 2022-ci ildən bəri ilk dəfə 8 şekeli keçib.

Qiymət artımında vergilərin böyük payı var. Hesablamalara görə, litr başına 8,05 şekelin təxminən 3,60 şekeli aksiz vergisi, 1,23 şekeli isə ƏDV təşkil edir. Ümumilikdə vergilər yanacaq qiymətinin təxminən 60%-ni formalaşdırır.

Bundan əlavə, dizel yanacağının qiyməti də artaraq 10,26 şekelə (3,25 dollar) yüksəlib. Bu, 2,02 şekel artım deməkdir.

Məlumata görə, İsrail hökuməti bu dəfə aksiz vergisinin azaldılmasına getməyib. Əvvəlki illərdə qiymət artımlarını məhdudlaşdırmaq üçün belə addımlar atılsa da, son qərarlar fonunda bu siyasət tətbiq olunmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş