Taker Karlson: ABŞ İranla atəşkəsi qələbə kimi təqdim etməyə çalışır

1 Min Read

ABŞ jurnalisti Taker Karlson bildirib ki, Donald Tramp tərəfindən İranla elan olunan atəşkəs Vaşinqtonun qələbəsi kimi təqdim edilməyə çalışılır, lakin əslində vəziyyət fərqlidir.

O, YouTube kanalında yayımladığı videoda qeyd edib:

“Dünən gecə ABŞ üçün qələbə kimi görünürdü, baxmayaraq ki, bu, ciddi desək, yəqin ki, məğlubiyyət idi”.

Karlsonun sözlərinə görə, Vaşinqton İran İslam Respublikasında fundamental dəyişikliklərə nail ola bilməyib, ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazaları isə ciddi zərər görüb. O, əməliyyatın yüz milyardlarla dollara başa gəldiyini və Hörmüz boğazı üzərində nəzarətin hələ də Tehranın əlində olduğunu vurğulayıb.

Jurnalist əlavə edib ki, bir çoxları atəşkəsin özünü qələbə kimi qiymətləndirir, çünki “atəşkəs yaxşı bir şeydir”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş