Smotriç İsrail sərhədlərinin Qəzza, Livan və Suriyanı əhatə edəcək şəkildə genişləndirilməsinə çağırıb

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Bezalel Smotrich yəhudi dövlətinin sərhədlərinin Qəzza zolağı, Livan və Suriya istiqamətində genişləndirilməsinə çağırıb.

Ynet onun sözlərini sitat gətirərək bildirib:

“Qəzzada sərhədlərimizi genişləndirəcək siyasi addım atılacaq, Livanda sərhədlərimizi Litani çayına qədər genişləndirəcək qətiyyətli siyasi addım atılacaq və Suriyada, ərazilərin ilhaq edilməsi halında ən azı Hermon dağının zirvəsinə qədər qətiyyətli siyasi addım atılacaq”.

Eyni gün Benjamin Netanyahu İsrail hökumətinə Livanla birbaşa danışıqlara başlamağı tapşırıb.

Axios-un məlumatına görə, danışıqlar gələn həftə başlaya bilər. Dialoqun əsas məqsədləri Livandakı Hizbullah təşkilatının tərksilah edilməsi və iki ölkə arasında sülhün bərqərar olmasıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş