ABŞ İran rəsmisinin ailə üzvünü həbs edib, yaşıl kartını ləğv edib

1 Min Read

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti (2017–2021) Məsumə Ebtekarın oğlu İsa Haşemini həbs edib və onun yaşıl kartını ləğv edib.

İzmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat verib.

Məlumata görə, Haşemi həyat yoldaşı və övladı ilə birlikdə saxlanılıb və hazırda onların deportasiya prosesi gözlənilir. Onlar 2014-cü ildən ABŞ-da yaşayırdılar və 2016-cı ildə yaşıl kart əldə etmişdilər.

Qeyd edilib ki, bu, oxşar hadisələr arasında ilk deyil. Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələrinin əməliyyatı nəticəsində öldürülən general Qasım Süleymaninin qohumlarının da yaşıl kartlarını ləğv etmişdi. Eyni zamanda İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin qızı və əri də daimi yaşayış statusundan məhrum edilərək ölkəyə girişlərinə qadağa qoyulmuşdu.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş