ABŞ Cənub Komandanlığı (SOUTHCOM) sosial mediada məlumat yayıb ki, ABŞ qüvvələri Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən iki gəmiyə zərbə endirib.
Açıqlamada bildirilir ki, kəşfiyyat məlumatları həmin gəmilərin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətlə məşğul olduğunu təsdiqləyib.
SOUTHCOM-un məlumatına görə, ilk hücum nəticəsində iki nəfər, ikinci hücumda isə üç nəfər həlak olub. Bir nəfərin isə sağ qaldığı bildirilib.
Hadisədən sonra ABŞ Cənub Komandanlığı ABŞ Sahil Mühafizəsinə sağ qalan şəxslə bağlı axtarış-xilasetmə əməliyyatının başladılması barədə məlumat verib.
İzmedia.az
![]()

