İran: ABŞ-nin gəmi ələ keçirməsi “təcavüz aktıdır”

1 Min Read

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Amerika Birləşmiş Ştatları ordusu tərəfindən İran bayrağı altında üzən gəminin ələ keçirilməsi “təcavüz aktı” və atəşkəsin pozulmasıdır.

Bəqayi Vaşinqtonun addımlarını ziddiyyətli adlandıraraq ABŞ-ın atəşkəs şərtlərini pozmağa davam etdiyini və diplomatik proseslərə sadiqliyini şübhə altına aldığını bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın İrana qarşı dəniz blokadası cəhdləri və regionla bağlı digər hadisələr BMT qətnamələrinə əsasən “təcavüzkar hərəkətlər” kimi qiymətləndirilə bilər.

Bəqayinin sözlərinə görə, bu cür addımlar İranın Vaşinqtona etimadını daha da azaldır və gələcək danışıqlarla bağlı qərarlar yalnız Tehranın milli maraqlarına əsaslanacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş