KTMT ATƏT ilə əməkdaşlığı bərpa etməyə hazır olduğunu açıqlayıb

1 Min Read

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə əməkdaşlığı bərpa etməyə hazırdır.

İzmedia.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalətbek Masadıkov məlumat verib.

O, KTMT Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı bildirib ki, təşkilat ATƏT çərçivəsində baş verən prosesləri diqqətlə izləyir və əməkdaşlığın yenidən qurulmasına hazırdır.

Masadıkov vurğulayıb ki, ATƏT ilə əlaqələrin dayandırılması KTMT-nin təşəbbüsü ilə baş verməyib.

Baş katib əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi-nin təşəbbüsü ilə may ayında Təhlükəsizlik Əməkdaşlığı Forumu çərçivəsində “KTMT: Beynəlxalq Sülh və Sabitlik naminə Birlikdə” adlı beynəlxalq dəyirmi masa keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, səfəri çərçivəsində ATƏT-in baş katibi ilə də görüş nəzərdə tutulur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş