ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunana qədər İran limanlarına qarşı tətbiq edilən blokadanın ləğv edilməyəcəyini açıqlayıb.
O, Truth Social platformasında etdiyi paylaşımda bildirib ki, blokada “İranı tamamilə məhv edir” və “razılaşma əldə olunana qədər davam edəcək”. Tramp həmçinin iddia edib ki, İran gündə təxminən 500 milyon dollar itirir və bunu “qısa müddətdə belə davamlı olmayan vəziyyət” kimi qiymətləndirib.
İzmedia.az
![]()

