Rafael Markes 2026 Dünya Kubokundan sonra Meksika millisinin baş məşqçisi olacaq

1 Min Read

“Barselona”nın keçmiş futbolçusu Rafael Markes 2026-cı il Dünya Kubokundan sonra Meksika milli komandasına baş məşqçi təyin olunacaq.

Bu barədə Meksika Futbol Federasiyasının prezidenti Duilio Davino məlumat verib. 47 yaşlı mütəxəssislə müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulduğu bildirilir. “Mundo Deportivo”nun məlumatına görə, müqavilə artıq imzalanıb.

Rafael Markes məşqçilik karyerasına “Barselona”nın strukturunda başlayıb. O, 2024-cü ildən Meksika millisində baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku iyun–iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin qrup mərhələsində Meksika millisi Çexiya, Cənubi Afrika və Cənubi Koreya ilə qarşılaşacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş