ABŞ Asiya sularında üç İran tankerini ələ keçirib – Reuters

1 Min Read

Reuters-un gəmiçilik və təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ ordusu Asiya sularında ən azı üç İran tankerini ələ keçirib və onları Hindistan, Malayziya və Şri-Lanka sahillərindən uzaqlaşdırır.

Məlumata əsasən, müsadirə edilən gəmilər arasında qismən neftlə yüklənmiş və sonuncu dəfə bir həftə əvvəl Malayziya sahillərində görülən Deep Sea; bir ay əvvəl Malayziya yaxınlığında müşahidə edilən, təxminən 1 milyon barel tutuma malik və 65%-i dolu olan Sevin; eləcə də üç gün əvvəl Hindistanın cənub sahillərində görülən və 2 milyon barel neft daşıdığı bildirilən Dorena var.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Dorena gəmisi Hind okeanında ABŞ esminesi tərəfindən müşayiət olunub.

CENTCOM-un məlumatına görə, blokada tətbiq edildikdən bəri ABŞ qüvvələri ümumilikdə 29 gəminin istiqamətini dəyişib. Pentaqon isə saxlanılan digər gəmilərlə bağlı şərh verməkdən imtina edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş