“Microsoft” Avstraliyaya 25 milyard dollarlıq süni intellekt sərmayəsi yatıracaq

1 Min Read

Microsoft korporasiyası yaxın üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

Şirkətin baş direktoru Satya Nadellanın The Australian qəzetinə verdiyi müsahibəyə görə, bu, “Microsoft”un ölkədəki ən böyük investisiyası olacaq. Ayrılan vəsait superkompüterlərin gücünün artırılması, bulud xidmətlərinin genişləndirilməsi və yeni məlumat mərkəzlərinin yaradılmasına yönəldiləcək.

Nadella bildirib ki, iş yerlərinin itirilməsi ilə bağlı potensial risklərə baxmayaraq, süni intellektin iqtisadiyyata tətbiqi böyük imkanlar yaradır və məhsuldarlığı artıra bilər. Şirkət 2028-ci ilə qədər 3 milyondan çox avstraliyalıya süni intellekt üzrə təlim keçməyi planlaşdırır.

İnvestisiyanın bir hissəsi Avstraliya Siqnal İdarəsi ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsinə sərf olunacaq.

Avstraliyanın baş naziri Anthony Albanese təşəbbüsü alqışlayaraq bildirib ki, bu addım ölkənin kibermüdafiəsini gücləndirə və yeni iqtisadi imkanlar yarada bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş