Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb – YENİLƏNİB

Nərmin
1 Min Read

Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.

izmedia.az”Report”-un Muğan bürosunun məlumatına görə, Zopun kəndi ərazisində baş verən qəza zamanı “VAZ-2106” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Nəticədə yeddi nəfər xəsarət alıb. Onlardan beşinin kimliyi bəllidir: 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü H.T.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş