Denis Puşilin bildirib ki, təhlükəsizliyin təmin olunması və Zaporojye vilayətinin nəzarətə götürülməsi üçün Dnepropetrovsk vilayətində bufer zona yaradılmalıdır.
O, bu barədə TASS agentliyinə açıqlamasında danışıb.
“Donetsk Xalq Respublikasının Velikonovoselkovski rayonunda təhlükəsizliyin təmin edilməsi və Zaporojye bölgəsinin nəzarətə götürülməsi Dnepropetrovsk vilayətində bufer zonasının genişləndirilməsini tələb edir”, – deyə o qeyd edib.
Puşilin əlavə edib ki, Rusiya qüvvələri Dnepropetrovsk vilayətindəki bufer zonasını genişləndirir və bu, Ukrayna ordusu üçün təhlükə yaradır.
“Bu, asan məsələ deyil. Düşmən qüvvələri bufer zonasının sürətlə genişlənməsinin onlar üçün nə demək olduğunu anlayıblar. Bəzi mərhələlərdə sürətlə irəliləmişdik, lakin proses yavaşlayıb və qarşı tərəf əks-hücum etməyə çalışır”, – deyə Donetsk lideri bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələri vəziyyətə nəzarəti davam etdirir.
İzmedia.az
![]()

