Angela Merkel dövlət büdcəsindən bərbər və vizajist xidmətlərinə təxminən 65 min avro xərcləyib.
İzmedia.az xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 1 iyul 2024-cü ildən 31 mart 2026-cı ilədək bərbərlik və makiyaj xidmətlərinin ümumi dəyəri 64.677 avro təşkil edib.
Bundan əlavə, Merkel həmin dövrdə doqquz rəsmi səfər edib və 10 min avrodan çox xərcləyib.
Eyni dövrdə Olaf Şolts da dörd səfər həyata keçirib və 6 min avrodan çox xərc çəkib.
Bundestaqın məlumatına əsasən, keçmiş kanslerlər Merkel və Şolts üçün ofis avadanlıqlarının ümumi xərcləri də açıqlanıb. 6 may 2025-ci ilə qədər bu göstəricilər belə olub: 2024-cü ilin ikinci yarısında 473.289 avro, 2025-ci ildə 1.443.212 avro və 2026-cı ilin ilk rübündə 408.174 avro.
İzmedia.az
![]()

