Cakarta yaxınlığında dəhşətli qatar qəzası: 14 ölü, 84 yaralı

1 Min Read

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatar və bir taksinin toqquşması nəticəsində 14 nəfər həlak olub, 84 nəfər yaralanıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Hadisə bazar ertəsi gecəsi Cakarta yaxınlığındakı Bekasi şəhərində baş verib. Məlumata görə, şəhərətrafı qatar əvvəlcə relslərdə olan taksiyə çırpılıb, daha sonra isə uzun məsafəli qatarla toqquşub.

Dəmir yolu operatoru çərşənbə axşamı səhər xilasedicilərin dağıntılar altında qalanların axtarışını başa çatdırdığını açıqlayıb.

Məhəmməd Syafi bildirib ki, qəzanın əsas zərbəsi yalnız qadınlar üçün nəzərdə tutulmuş vaqona dəyib. Onun sözlərinə görə, ölənlərin hamısı qadın olub və əksəriyyəti sınmış metal konstruksiyalar altında qalıb.

“Əsaslı təxliyəni həyata keçirmək üçün xüsusi bacarıqlara malik personal cəlb etməli olduq”, – deyə o qeyd edib.

Prabovo Subianto Bekasidəki xəstəxanaya baş çəkdikdən sonra bildirib ki, ağır tıxacların aradan qaldırılması üçün dəmir yolu xətlərinin yaxınlığında yerüstü keçid tikiləcək. O əlavə edib ki, hadisənin səbəbləri araşdırılacaq.

Prezident həmçinin ölkənin dəmir yolu şəbəkəsinin bəzi hissələrinin lazımi səviyyədə saxlanılmadığını vurğulayıb.

Qəza Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi (KNKT) tərəfindən araşdırılacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş