ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb.

Nərmin
1 Min Read

ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb.

izmedia.az xəbər verir ki, ilkin məlumata görə, təyyarə yüksək sürətlə yerə çırpılıb və göyərtədə olan beş nəfərin hamısı həlak olub.

Hays dairəsinin rəsmisi, hakim Ruben Becerra bildirib ki, hadisə Austin şəhərindən təxminən 64 kilometr cənub-qərbdə yerləşən Wimberley bölgəsində baş verib. Onun sözlərinə görə, “Cessna 421C” tipli kiçik təyyarə ötən gecə qəzaya uğrayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin araşdırmalara əsasən, yüksək sürətlə yerə çırpılan təyyarədə olan 5 nəfərin hamısı həyatını itirib.

Ruben Becerra qeyd edib ki, havada hər hansı toqquşma əlaməti qeydə alınmayıb. O, həmçinin həmin vaxt ərazidə olan başqa bir təyyarənin New Braunfels şəhərinə təhlükəsiz eniş etdiyini bildirib.

Qəza nəticəsində həyatını itirənlərin kimliklərinin ailələrinə məlumat verildikdən sonra açıqlanacağı bildirilib.

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin səbəblərini araşdırır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş