ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ-İran hərbi münaqişəsi fonunda Hörmüz boğazında qalan gəmilərin azad edilməsi üçün həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatına təxminən 15 min ABŞ hərbçisi cəlb olunacaq.
Qurumun X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunub ki, əməliyyata hərbi dəstək çərçivəsində idarə olunan raket esminesləri, 100-dən çox quru və dəniz təyyarəsi, çoxdomenli pilotsuz platformalar daxil ediləcək.
Məlumata görə, əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanları ilə yanaşı genişmiqyaslı hərbi resursların səfərbər olunmasını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl ölkəsinin ABŞ-İran münaqişəsi nəticəsində Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz şəkildə çıxarılması üçün bazar ertəsi günü “Azadlıq Layihəsi” əməliyyatına başlayacağını açıqlamışdı. O, hər hansı müdaxilənin sərt şəkildə qarşılanacağını vurğulamışdı.
İzmedia.az
![]()

