Merts: Trampın avtomobil rüsumları barədə qərarı bütün Avropaya zərbədir

1 Min Read

Almaniya kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan avtomobillərə rüsumların artırılması barədə açıqlaması bütün Avropaya təsir edən addımdır.

Merts bildirib ki, ABŞ-ın yeni idxal tariflərini yalnız Almaniyaya yönəlmiş tədbir kimi görmür. O, ARD televiziyasına açıqlamasında deyib: “O, bütün Avropaya zərbə vurmaq istəyir”.

Eyni zamanda kansler qeyd edib ki, ABŞ Prezidenti Avropa İttifaqının 2025-ci ilin avqustunda razılaşdırılmış ticarət sazişini hələ də tam şəkildə yekunlaşdırmamasından narazıdır. Onun sözlərinə görə, sənədə qarşı müqavimət Avropa Parlamentində davam edir.

Merts əlavə edib ki, Trampın səbrsizliyinin səbəbi Avropa tərəfinin danışıqlar prosesində daim yeni şərtlər irəli sürməsidir: “Amerikalılar öz hissələrini hazırlayıb, avropalılar isə hələ də tamamlamayıb. Buna görə də tez bir razılaşmaya ehtiyac var”.

Qeyd edək ki, mayın 1-də Donald Tramp ABŞ-a idxal olunan minik və yük avtomobillərinə rüsumların gələn həftədən etibarən 25 faizə qaldırılacağını açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş