Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya ABŞ-da rusiyalı diplomatların övladlarına tətbiq edilən ABŞ vətəndaşlığını tanımır.
O, “Vedomosti” qəzetində dərc olunan məqaləsində yazıb: “Rusiya tərəfi ABŞ-dakı diplomatik, inzibati-texniki və konsulluq işçilərimizin ailələrində doğulan Rusiya vətəndaşlarına ABŞ vətəndaşlığının tətbiq edilməsini tanımır”.
Zaxarova əlavə edib ki, Moskva Vaşinqtondan hər bir konkret halda yeni doğulan uşağın ABŞ yurisdiksiyasına tabe olmadığının və diplomatik və konsulluq münasibətləri haqqında Vyana Konvensiyalarında, eləcə də ikitərəfli müqavilələrdə nəzərdə tutulmuş toxunulmazlıq və imtiyazlardan istifadə etdiyinin təsdiqlənməsini tələb edəcək.
İzmedia.az
![]()

