Lukaşenko Qələbə Günü paradı üçün Moskvaya gedib, Putinlə ayrıca görüş planlaşdırılır

1 Min Read

Belarus Prezidenti Aleksandr Lukaşenko 9 May – Faşizm üzərində qələbənin ildönümü ilə bağlı keçiriləcək paradda iştirak etmək üçün Moskvaya gedib.

Belarus liderinin Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüşü də planlaşdırılır.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər bu tarixi birlikdə keçirmək və eyni zamanda aktual məsələləri müzakirə etmək üçün münasib vaxt olduğu barədə razılığa gəliblər.

Məlumata görə, Minskə qayıtdıqdan sonra Lukaşenko Belarusda keçiriləcək təntənəli tədbirlərdə də iştirak edəcək.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş