ABŞ İran ətrafında 62 gəmini dayandırdı: Tehran sərt cavab verdi

Nərmin
1 Min Read

izmedia.az  xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən dəniz blokadası çərçivəsində indiyədək 62 gəminin qarşısının alındığını açıqlayıb.

Məlumata görə, aprelin 13-dən etibarən İran limanlarına giriş və çıxışın məhdudlaşdırılması məqsədilə 58 ticarət gəmisi başqa marşrutlara yönləndirilib, 4 gəmi isə “zərərsizləşdirilib”.

Xəbərdə qeyd olunur ki, ABŞ Hörmüz boğazı ətrafında dəniz blokadasını İran və Pakistan arasında aparılan danışıqların uğursuz nəticələnməsindən sonra başladıb.

İran tərəfi isə buna sərt reaksiya verib. Islamic Revolutionary Guard Corps bəyan edib ki, İran neft tankerlərinə və ya ticarət gəmilərinə müdaxilə ediləcəyi halda ABŞ hərbi bazaları və döyüş gəmilərinə ağır zərbələr endiriləcək.

Bundan əlavə, İranın raket və pilotsuz uçuş aparatlarının bölgədəki ABŞ hədəflərinə “kilidləndiyi” bildirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş