Cəlilabad Peşə Təhsil Mərkəzi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş xüsusi videoçarx hazırlanıb.
İzmedia.Az xəbər verir ki Hazırlanan videoçarxda Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, gənclərə göstərdiyi diqqət və təhsilin inkişafına verdiyi töhfələr əks olunub. Layihədə mərkəzin müəllim və tələbələri fəal iştirak edərək, Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, videoçarx gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və ümummilli dəyərlərin təbliği məqsədi daşıyır.
![]()

