Başına 50.000 ABŞ dolları qoyulmuş “Səddam” ləqəbli qəhrəman – Elçin Hüseynov yazır… FOTO

2 Min Read

Azərbaycan xalqı tarix boyu Vətən uğrunda canından keçən mərd oğulları ilə fəxr etmişdir. Bu qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Eldar Həsənov olmuşdur. O, öz şücaəti, qorxmazlığı və Vətən sevgisi ilə xalqımızın yaddaşında əbədi iz qoymuş igid döyüşçülərdəndir.İzmedia.az xəbər verir ki 

Eldar İsfəndiyar oğlu Həsənov 1965-ci il dekabrın 26-da Lallar kəndində anadan olmuşdur. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmış, 1986-cı ildə ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıtmışdır. Bir müddət sürücü kimi çalışmışdır.
1988-ci ildən başlayaraq erməni millətçilərinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və vəhşiliklər xalqımızın qəhrəman övladlarını Vətənin müdafiəsinə səslədi. Eldar Həsənov da bu müqəddəs mübarizədən kənarda qala bilmədi. 1990-cı ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olaraq cəbhəyə yollandı.
O, Qarabağ döyüşlərində böyük mərdlik və qəhrəmanlıq göstərirdi. Xüsusilə Laçın istiqamətində gedən döyüşlərdə göstərdiyi igidlik dillər əzbəri olmuşdu. Eldar Həsənov bir çox hallarda kəşfiyyata tək gedir, düşmən mövqelərindən əsirlərlə geri qayıdırdı. Onun cəsarəti düşməni vahiməyə salmışdı. Ermənilər onun başına 50 min ABŞ dolları məbləğində mükafat təyin etmişdilər.
1992-ci ildə Polis Akademiyasına daxil olan Eldar Həsənov həm təhsil alır, həm də döyüş bölgələrində Vətənə xidmətini davam etdirirdi. 1994-cü ilin yanvarından başlayaraq onun ikinci cəbhə həyatı başladı. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinə və texnikasına ağır zərbələr endirmişdi. Onun qəhrəmanlığı döyüş yoldaşları arasında böyük rəğbət doğururdu.
1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşlər zamanı Eldar Həsənov ön cərgədə vuruşurdu. Qəfil partlayan düşmən mərmisi onun həyatına son qoydu. Beləliklə, Vətən uğrunda canından keçən igid döyüşçü şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Eldar Həsənovna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qəhrəman döyüşçü Lallar kəndində dəfn edilmişdir. Bu gün onun əziz xatirəsi xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
Eldar Həsənovun həyat yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. O, öz canı bahasına sübut etdi ki, Vətən sevgisi hər şeydən uca və müqəddəsdir.

Elçin Hüseynov

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş