Dua Lipa texnologiya şirkətinə qarşı 15 milyon dollarlıq iddia qaldırdı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, məşhur britaniyalı müğənni Dua Lipa onun icazəsi olmadan görüntülərindən istifadə edildiyi iddiası ilə texnologiya şirkətinə qarşı 15 milyon dollarlıq təzminat iddiası qaldırıb.

Məlumata görə, iddiada şirkətin keçən ildən etibarən Dua Lipanın Austin City Limits Festivalındakı çıxışından çəkilmiş fotoşəkili televizor qablaşdırmalarında reklam məqsədilə istifadə etdiyi bildirilir.

Sənətçi tərəfi qeyd edir ki, bu istifadə onun icazəsi, məlumatı və razılığı olmadan həyata keçirilib. Dua Lipa məsələ ilə bağlı şirkətə görüntülərin dərhal istifadəsinin dayandırılması üçün müraciət etdiyini, lakin bu tələbin yerinə yetirilmədiyini iddia edir.

Məhkəmə sənədlərində vurğulanır ki, müğənninin obrazı kommersiya məqsədli geniş reklam kampaniyasında onun nəzarəti və razılığı olmadan istifadə olunub.

İddia hazırda ABŞ məhkəməsində baxılma mərhələsindədir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş