ABŞ Prezidenti Donald Tramp mayın 15-də Çinə səfərindən sonra Çin Prezidenti Si Cinpin haqqında danışarkən onu “dostu” adlandırıb.
Tramp bildirib: “Bu, mənim çox hörmət etdiyim bir insandır. O, həqiqətən də mənim dostum olub”.
ABŞ lideri vurğulayıb ki, Si Cinpini təxminən 12 ildir tanıyır və onların uzunmüddətli münasibətləri formalaşıb.
Tramp həmçinin Çinə səfərini “inanılmaz” adlandıraraq yüksək qiymətləndirib.
O, günün əvvəlində Si Cinpinlə keçirdiyi danışıqları da “əla” kimi xarakterizə etmişdi. CNN-in məlumatına görə, səfər çərçivəsində tərəflər üçün mədəni proqram da təşkil olunub.
İzmedia.az
![]()

