izmedia.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində yerləşən Krestovozdvijenski kafedral pravoslav kilsəsinin icması naməlum şəxsin gecə saatlarında kilsəyə hücumundan sonra məhkəməyə müraciət edəcək.
Hadisə zamanı şəxs kilsənin vitraj şüşəsini sındıraraq binaya daxil olmağa cəhd edib və altar (qurbangah) hissəsinə keçmək istəyib.
Kilsə nümayəndələrinin bildirdiyinə görə, həmin şəxs tək hərəkət etməyib və təhlükəsizlik kameralarında onun hücum zamanı telefonla danışdığı, kimsədən göstəriş aldığı görünür.
Pravoslav icmasının nümayəndəsi protokiyerey Emiljan Poçinok jurnalistlərə açıqlamasında bildirib ki, əsas məqsəd hadisənin tam araşdırılması və arxasında duran şəxslərin müəyyən edilməsidir.
Onun sözlərinə görə, icma hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və baş verənlərin bütün detallarının aydınlaşdırılmasını tələb edir.
Qeyd edək ki, hadisə Cenevrənin mərkəzində gecə saatlarında baş verib və polis araşdırma aparır.
![]()
