izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın San-Dieqo şəhərində yerləşən islam mərkəzində baş verən silahlı hücuma münasibət bildirib.
Tramp Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı hadisəni “dəhşətli vəziyyət” adlandıraraq, məsələnin diqqətlə araşdırılacağını deyib.
“Mənə ilkin məlumatlar təqdim olunub. Baş verənləri çox diqqətlə araşdıracağıq”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, San-Dieqo polisinin yaydığı məlumata görə, islam mərkəzinin yaxınlığında naməlum şəxs atəş açıb. Hadisə nəticəsində 3 mülki şəxs həyatını itirib.
Hücumun motivi və şübhəlinin kimliyi ilə bağlı araşdırmalar davam edir.
![]()
