Alimlər qozbel balinaların rekord miqrasiyasını qeydə alıblar

1 Min Read

Ekvadorda fəaliyyət göstərən Sakit Okean Balina Fondu ilə əməkdaşlıq çərçivəsində beynəlxalq alimlər qrupu qozbel balinaların rekord məsafəli miqrasiyasını qeydə alıb. Tədqiqatın nəticələri Science Alert jurnalında dərc olunub.

Alimlər son 40 il ərzində toplanmış 19 mindən çox fotoşəkili təhlil edərək şərqi Avstraliya və Braziliya sahillərində müşahidə edilən, təxminən 14 500 kilometr məsafəni əhatə edən iki fərdi müəyyənləşdiriblər.

Balinalar onların quyruqlarındakı fərqli izlərə əsasən müəyyən edilib. Araşdırmaya görə, heyvanlardan biri 15 min kilometrdən çox məsafə qət edib ki, bu da həmin növ üzrə indiyədək qeydə alınmış ən uzun miqrasiya hesab olunur.

Mütəxəssislər bildiriblər ki, dəqiq miqrasiya marşrutu məlum deyil, çünki yalnız müşahidələrin başlanğıc və son nöqtələri təsdiqlənib. Onların sözlərinə görə, qozbel balinalar adətən müəyyən edilmiş miqrasiya yolları ilə hərəkət etdikləri üçün belə fərdi və uzun məsafəli marşrutlar bu növ üçün qeyri-adi hesab olunur.

Qozbel balinalar tropik sularla okeanın daha sərin bölgələri arasında mövsümi miqrasiyalar həyata keçirirlər. Lakin onların uzun müddət su altında qalması hərəkətlərinin tam izlənməsini çətinləşdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş