Cəlilabadda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib-FOTO

2 Min Read

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin təşkilatçılığı ümumrayon bayram tədbiri keçirildi.

İzmedia.az xəbər verir ki
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər, şəhid ailələrinin üzvləri, həmçinin şəhid övladları, müəllimlər və uşaqlar iştirak etdilər. Bayram proqramı Dövlət Himninin səsləndirilməsi və ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından bəhs edən çıxışlarla başladı.
Konsert proqramında ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları tərəfindən vətənpərvərlik ruhunda mahnı və rəqslər, həmçinin Cəlilabad şəhər Müsiqi Məktəbinin şagirdlərinin ifasında mahnılar təqdim olundu. Uşaqların nümayiş etdirdikləri maraqlı və rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin övladlarına xüsusi diqqət göstərildi. Şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilərək onların daim dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunduqları vurğulandı.
Eyni zamanda təhsil sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə Respublika Fənn Müsabiqəsinin qalibləri təltif edilərək onlara hədiyyələr təqdim olundu. Onların uğurları qeyd edilib, gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.
Tədbirdə iştirak edən digər uşaqlara da bayram münasibətilə müxtəlif hədiyyələr təqdim olundu.
Uşaqların üzlərindəki sevinc, gözlərindəki xoşbəxtlik və tədbir boyunca hökm sürən bayram əhval-ruhiyyəsi bir daha göstərdi ki, uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi hər birimizin ən mühüm vəzifəsidir.
Cəlilabad rayonu üzrə təhsil sektoru olaraq bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

Marif Arifoğlu

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş