Məlumata görə, futbolçunun transferi klub daxilində keçiriləcək seçkilərdən sonra rəsmi şəkildə açıqlanacaq.
Bildirilir ki, “Transfermarkt” tərəfindən 45 milyon avro dəyərində qiymətləndirilən Konate müqaviləsinin başa çatmasından sonra Liverpool FC ilə yollarını ayıraraq azad agent kimi “Real Madrid”ə qoşulacaq.
Konate 2021-ci ilin yayında RB Leipzigdən 40 milyon avro qarşılığında “Liverpul”a transfer olunmuşdu. O, bu müddətdə İngiltərə klubunun heyətində 183 oyuna çıxıb və 7 qol vurub. Futbolçu “Liverpul”la bir Premyer Liqa, bir İngiltərə Kuboku və iki Liqa Kuboku qazanıb.
“Real Madrid”in uzun müddətdir Konate ilə maraqlandığı qeyd olunur. Bildirilir ki, klub müdafiə xəttini gücləndirmək üçün onu əsas transfer hədəflərindən biri kimi müəyyən edib.
Məlumata görə, İspaniya klubu transfer pəncərəsi açılmamışdan əvvəl daha bir transfer həyata keçirib. Müdafiə xəttini gücləndirmək məqsədilə Denzel Dumfries Inter Milandən 20 milyon avroya transfer edilib.
İzmedia.az
![]()

