BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatına görə, dünyada 118 milyon insan münaqişələr, təqiblər, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Hesabatda qeyd olunur ki, son on ildə ilk dəfə olaraq məcburi köçkünlərin sayı 5,4 milyon nəfər və ya 4 faiz azalıb. Buna səbəb Əfqanıstan, Suriya, Sudan və Konqo Demokratik Respublikası kimi ölkələrə qayıdanların sayının artması göstərilir.
Məlumata görə, didərgin düşənlərin 35,6 milyonu qaçqın, 68,7 milyonu isə daxili köçkündür. Sığınacaq üçün müraciət edib qərar gözləyənlərin sayı isə 9 milyona yaxınlaşıb.
BMT bildirir ki, məcburi köçkünlərin təxminən 70 faizi beş ildən çoxdur qaçqın həyatı yaşayır. Qurum uzunmüddətli köçkünlük probleminin həlli üçün yeni yanaşmalara ehtiyac olduğunu vurğulayıb.
İzmedia.az
![]()

