Xorvatiyalı futbolçu Luka Modriç və həyat yoldaşı Vanja Modriç 15 ildir evlidirlər. Cütlüyün iki mərhələdə keçirilmiş toy mərasimi olub.
Onlar ilk dəfə 2010-cu ilin may ayında, Vanja hamilə ikən Zaqrebdə qeydiyyat şöbəsində ailə qurublar. Mərasim yalnız yaxınların iştirakı ilə Okrugljak restoranında keçirilib. Daha geniş toy mərasimi isə 2011-ci ildə Zaqrebdə yerləşən Lurd Xanımımız kilsəsində baş tutub.
Kilsə toyunda Xorvatiya futbol ictimaiyyətinin bir çox tanınmış simaları iştirak edib. Mərasimdə Luka və Vanja qonaqları şəxsən qarşılayıblar, tədbirin təhlükəsizliyi isə xüsusi xidmət orqanları tərəfindən təmin olunub.
Məlumata görə, cütlüyün tanışlığı 2000-ci illərin ortalarına təsadüf edir və onlar qısa müddət sonra birlikdə yaşamağa başlayıblar. Vanja Modriçin futbolçunun karyerasında böyük dəstək rolu olduğu, onun oyunlarını izləyərək analiz etdiyi bildirilir.
Cütlüyün üç övladı var: İvan, Emma və Sofiya.
İzmedia.az
![]()

