Venesuelada zəlzələ: sakinlər küçələrə axışdı

1 Min Read

 

Rádio Caracolun müxbiri Qabriela Qonsales hadisə yerindən bildirib ki, zəlzələ başlayan kimi Karakas sakinləri təhlükəsizlik məqsədilə evlərini tərk edərək küçələrə çıxıblar.

Jurnalistin sözlərinə görə, təkanın gücü səbəbindən bəzi mənzillərin qapıları deformasiyaya uğrayıb və insanlar çıxmaq üçün onları sındırmağa məcbur olublar.

Qonsales qeyd edib ki, ilk anlarda sakinlər nə baş verdiyini anlamasalar da, zəlzələ olduğunu dərk edən kimi dərhal küçələrə qaçıblar.

Onun sözlərinə görə, Venesuela hakimiyyəti hələlik ölənlərin sayı və maddi ziyanın miqyası barədə dəqiq məlumat açıqlamayıb. Lakin paytaxt və ətraf ərazilərdə dağıntıların ciddi olduğu bildirilir.

Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Rixter cədvəli üzrə 7,2 və 7,5 bal gücündə iki təkan təxminən 40 saniyə fasilə ilə qeydə alınıb. Təkanların episentri Yarakuy əyalətində, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş