Oqtay Əmənullayev vəzifəsindən azad olunur

1 Min Read

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunur.

İzmedia.Az ın əldə etdiyi məlumata görə, bununla bağlı yaxın günlərdə TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq qərar qəbul ediləcəyi gözlənilir.

Məlumata görə, respublikanın cənub regionunda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində O.Əmənullayevin Astara RMX-nin direktoru vəzifəsində çalışdığı dövr üzrə ciddi pozuntular aşkarlanıb.

Bunun davamı olaraq yoxlamaların Cəlilabad RMX-da da davam etdiriləcəyi bildirilir.

Aşkarlanan pozuntulara görə xəstəxana direktorunun vəzifəsindən azad ediləcəyi gözlənilir

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş