Azərbaycanda xəyanətə görə təzminat almaq mümkün olacaq? – Yeni hüquqi qərarın detalları

1 Min Read

Azərbaycanda ailə münasibətləri ilə bağlı mühüm hüquqi yenilik gündəmdədir. Yeni qərara əsasən, həyat yoldaşının xəyanəti nəticəsində mənəvi zərər görən şəxs müəyyən hallarda məhkəmə qaydasında təzminat tələb edə biləcək.

İzmedia.Az xəbər verir ki Hüquqşünas Turan Abdullazadə bildirib ki, bu hüquq 2026-cı ildən qüvvəyə minəcək və yalnız qərar qüvvəyə mindikdən sonra baş vermiş hallara şamil olunacaq.

Məhkəməyə müraciət zamanı xəyanətin sübuta yetirilməsi əsas şərtdir.

Sübut kimi video və fotolar, yazışmalar, eləcə də digər hüquqi əhəmiyyət daşıyan sənədlər təqdim oluna bilər.

İddia qaldıran şəxs şəxsiyyət hüquqlarının pozulması, şərəf və ləyaqətinin alçaldılması səbəbilə mənəvi təzminat tələb edə bilər.

Təzminatın məbləği hadisənin ağırlığı, mənəvi sarsıntının dərəcəsi, zərərçəkənin yaşı və digər amillər nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən ediləcək. Hüquqşünasın sözlərinə görə, tələb olunan məbləğ təxminən 10–20 min manat aralığında ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, belə hallarda məhkəməyə vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır.

Uzun müddət sonra edilən müraciətlərdə mənəvi zərərin qiymətləndirilməsi daha çətin ola bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş