Çin Mərkəzi Televiziyasının (CCTV) 29 iyun tarixli məlumatına görə, Çin Prezidenti Si Cinpin və Belarus Prezidenti Aleksandr Lukaşenko Pekindəki Diaoyutay Dövlət Qonaq Evində görüş keçiriblər.
Nəşr bildirib ki, “29 iyun səhər tezdən Çin Xalq Respublikasının sədri Si Cinpin Pekindəki Diaoyutay Dövlət İqamətgahında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib”.
BelTA-nın məlumatına görə, Çin Belarus liderinin Şərqi və Cənub-Şərqi Asiya regionlarına genişmiqyaslı turunun ilk dayanacağı olub. Qeyd olunur ki, Asiya dövlətləri ilə əməkdaşlığa can atmaq Belarusun xarici siyasətinin prioritetlərindən biridir və eyni zamanda onun çoxvektorlu siyasətini əks etdirir.
İzmedia.az
![]()

