Müharibə vəziyyətində nə qədər britaniyalının orduya qoşulmağa hazırdır?

1 Min Read

Sky News telekanalı YouGov sosioloji şirkətinin apardığı sorğuya istinadən bildirib ki, ölkə genişmiqyaslı hücuma məruz qalarsa, Britaniya sakinlərinin yalnız 6%-i silahlı qüvvələrə könüllü qoşulmağa hazırdır.

Britaniyalıların daha 14%-i hərbi xidmətə çağırıldıqları təqdirdə silah götürməyə hazırdır. Respondentlərin 17%-i istənilən halda döyüşməkdən imtina edəcəklərini bildirib. Bundan əlavə, respondentlərin 52%-i sağlamlıq və ya yaşlarına görə silahlı qüvvələrə çağırışa məruz qalmadıqlarını bildirib. Respondentlərin daha 17%-i qərarsız qalıb.

Sorğu həmçinin göstərib ki, britaniyalıların yarıdan çoxu (51%) qarşıdakı onillikdə krallığa qarşı genişmiqyaslı hücumun ehtimalına inanmır. Yalnız 29%-i belə bir hücumun ehtimalını düşünür, respondentlərin isə 20%-i qərarsız qalıb.

Bundan əlavə, respondentlərin 53%-i ölkənin silahlı qüvvələrinə etibar etmədiklərini, 38%-i isə bunun əksini söyləyib. Mövqeyi ilə bağlı qərarsız qalanların sayı isə 9%-dir.

Eyni zamanda, respondentlərin 57%-i Britaniya hökumətinin müdafiə xərclərini qeyri-kafi hesab edib. Respondentlərin təxminən 17%-i hazırkı hərbi xərclərin səviyyəsini adekvat adlandırıb. Respondentlərin daha 6%-i cari xərcləri çox yüksək hesab edib. Qalan respondentlər dəqiq cavab verə bilməyiblər. Respondentlərin yarıdan çoxu vergilərin artırılması və ya sosial proqramların azaldılması hesabına hərbi büdcənin artırılmasına qarşı çıxıblar.

Böyük Britaniya sakinləri tərəfindən iqlim dəyişikliyi əsas təhlükə kimi qeyd edilib. Sorğuda ümumilikdə 2300 nəfər iştirak edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş