Zelenski yaxın günlərdə ABŞ-a gedəcəyini açıqladı

1 Min Read

Vladimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini və orada ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uittok və iş adamı Cared Kuşnerlə görüşəcəyini açıqladı.

“Görüşümüz olacaq. Çox güman ki, görüş ABŞ-da baş tuta bilər. Biz dəvət olunmuşuq, düşünürəm ki, görüş yaxın günlərdə, bir həftə ərzində baş tutacaq”, – deyə o qeyd edib. Onun jurnalistlərin suallarını cavablandırdığı video TSN telekanalı tərəfindən yayımlanıb.

Zelenski əlavə edib ki, çərşənbə günü Vitkoff və Kuşnerlə telefon danışığı zamanı Ukrayna və ABŞ nümayəndələri “[Ukrayna] münaqişəsinə son qoymaq üçün ABŞ-ın müxtəlif təkliflərini müzakirə ediblər”.

Zelenski həmçinin səfəri zamanı Patriot hava hücumundan müdafiə sistemləri üçün raket istehsalçısı olan Lockheed Martin şirkətinin nümayəndələri ilə görüşməyi planlaşdırdığını da açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş