Ələt-Astara magistral avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
İzmedia.az-ın məlumatına görə, hadisə yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar
1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Kərimov Məhər Qurban oğlu, Binəqədi rayon sakinləri 1999-cu il təvəllüdlü Mustafayev Balaş Yaşar oğlu və 1999-cu il təvəllüdlü Mustafalı Elşən Natiq oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


![]()

