Elnur Azadxanov vəzifəsindən azad olundu – Anar Bayramovdan ƏMR

1 Min Read

TƏBİB rəhbərliyinin qərarı ilə qurumda yeni kadr islahatı həyata keçirilib.

İzmedia.Az ın məlumatına görə, icraçı direktorun müvafiq əmri ilə Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edən Elnur Azadxanov tutduğu postdan uzaqlaşdırılıb.

Hələlik idarəçinin bu vəzifədən nə səbəbdən azad edildiyi barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.

Eyni zamanda, boşalan rəhbər kürsüsünə hələlik həmin şəxsin əvəzinə kimin təyin olunacağı da ictimaiyyətə açıqlanmayıb.

Yaxın vaxtlarda məsələ ilə bağlı əlavə rəsmi məlumatların açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, NOCOMMENT.az olaraq bundan əvvəl də bir neçə dəfə Elnur Azadxanovun əməlləri ilə bağlı, Sumqayıt səhiyyə müəssisələri və tibb mərkəzləri ilə bağlı özəl materiallarımız və araşdırma yazılarımız işıq üzü görüb. Həmin yazılarda dövlət vəsaitlərinin silinməsi, talanması, eləcə də xəstəxanalardakı qanunsuz yönləndirmə halları geniş şəkildə işıqlandırılıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş